Lavrov Vatikanı danışıqlar üçün yararsız hesab edib

Bölmə: Dünya › ,
Tarix: 16:41 23.05.2025

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vatikanın Ukrayna ilə potensial sülh danışıqlarına ev sahibliyi etməsi ideyasına şübhə ilə yanaşıb.

 

Kreml Moskva və Kiyev arasında keçən həftə İstanbulda keçirilən danışıqlardan sonra bildirib ki, üç ildən artıqdır davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan danışıqların növbəti raundunun harada keçiriləcəyi ilə bağlı hələ qərar verilməyib.


Lavrov, “Pravoslav ölkələri üçün katolik torpaqlarında (münaqişənin) əsas səbəblərini aradan qaldırmağa yönələn məsələləri müzakirə etmək bir qədər yersiz olardı”,-dedi.


Lavrov Kiyevi Ukrayna Pravoslav kilsəsini “dağıtmaqda” günahlandırıb və əlavə edib:
“Belə şəraitdə Vatikanda pravoslav ölkələrinin nümayəndə heyətlərini qəbul etməsi çox rahat olmaz”.


Digər tərəfdən, Lavrov yaxın vaxtlarda Ukrayna ilə sülh danışıqlarının ikinci mərhələsinin keçiriləcəyini qeyd edib. Lavrov deyib: “Ukrayna nizamlanmasına dair sənədlərin imzalanmasında Zelenskinin legitimliyi məsələsi həlledici olacaq”.

 

Mənbə: CNN Türk
Əminə Əliyeva