Qaşınma xəstəliyi: 15 dəqiqədə yoluxur və yayılır!

Bölmə: Sosial › ,
Tarix: 23:34 04.12.2024

Payız və qış aylarında artan qaşınma xəstəliyi 15-20 dəqiqəlik yaxın təmasla yoluxur və xüsusilə sıx mühitlərdə sürətlə yayılır. Sarcoptes scabiei paraziti ilə yaranan bu xəstəlik gecələr şiddətli qaşınma və müalicə olunmadıqda yaralara səbəb olur.

 

Əlamətləri:

 

Gecələr artan qaşınma.

 

Əl barmaqları, bilək, qoltuqaltı, bel və ayaqlarda ağ xəttlər və qabarcıqlar.

 

45-60 gündən sonra görünən səpkilər.

 

 

Yoluxma riskini artıran səbəblər:

 

Yoluxmuş insanla 15-20 dəqiqə təmas, eyni yatağı paylaşmaq, şəxsi əşyaların birgə istifadəsi.

 

Məktəb, idman zalları, ictimai nəqliyyat kimi sıx məkanlarda yaxın təmas.

 

Tədbirlər:

Şəxsi gigiyena kifayət deyil, tibbi müalicə vacibdir. Təbii metodlar düzgün tətbiq olunmadıqda, dəridə quruma və ekzema kimi problemlərə səbəb ola bilər. Müalicəyə əlavə olaraq, kükürdlü sabunlardan istifadə tövsiyə olunur.

 

Mənbə:NTV

Nərgiz Orucova