Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə valideynlər məsuliyyətə cəlb OLUNMALIDIRLARMI?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:10 05.12.2024

Cəmiyyətdə baş verən hadisələrə nəzər salarkən, yetkinlik yaşına çatmayan şəxslərin də cinayət törətdiklərinin şahidi oluruq. Bunun səbəbi yaşa dolmuş cinayətkarların göstərişi ilə baş verir.

Bəs yetkinlik yaşına çatmayanların törətdikləri cinayətə görə valideyinlər məsuliyyətə cəlb oluna bilərmi?

Bu barədə “informator.az”a açıqlamasında hüquqşünas Mehman Muradlı bildirib ki, 16 yaşı tamam olan şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar:

“Amma müstəsna hallar var ki, 14 yaşından da artıq məsuliyyətə cəlb olunurlar. Və törədilən cinayət var, o terrorizm, qəsdən adam öldürmə, maşın qaçırma bu növ cinayətlərdə artıq 14 yaşından cinayət məsuliyyətinə cəlb olunur. Valideynlər cinayət məsuliyyətinə cəlb edilmirlər. Sadəcə valideynlərin məsuliyyəti mülki xarakterli olur. Cinayət üzrə mülki iddia varsa, artıq həmin o mülki iddia qanun nümayəndəsinə qarşı verilir. Yəni həmin cinayəti törədən az yaşlıya qarşı deyil. Bu inzibati xətalarda da , cinayət məcəlləsində də bu formada nəzərdə tutulub”.

Hüquqşünas cinayəti törədən şəxsə  hansı cəzalar veriləcəyindən də danışıb :

“Məktəblərin üzərinə böyük məsuliyyət düşür. Təhsil ocaqları məsuliyyəti dərk etmirlər. Müəllimlər uşaqların problemləri ilə maraqlanmalıdırlar. Cəmiyyətdə həmişə cinayətlər olub. Əvvəllər cinayətlər 0,1% təşkil edirdisə, indi 10% ə yaxındır. Bu cəmiyyətə hər formada ciddi təsir edən rəqəmdir. Polis əməkdaşları həmin az yaşlılarla o şöbənin inspektorları hansı fəaliyyəti göstərirlər və ya məktəblə hansı birgə işdədirlər. Yəni bununla bağlı valideynləri məlumatlandırmırlar və valideynlərin  uşaqları  barəsində məlumatı olmur. Statiskaya baxanda görünür ki, dövlət məktəblərilə özəl məktəbləri müqayisə etdikdə  dövlət məktəblərinə qəbul daha çoxdur. Ən dəhşətli məsələ Təhsil nazirliyi məktəblərdə baş verən cinayət məsələlərini bildirməməklə məşğuldur. Uşaq məktəbdə cinayət törədir, drektor deyir ki, məktəb ərazisində olmayıb.Uşaq səhərdən axşama qədər məktəbdə olur. Bu cəmiyyətə mənfi təsir edir. Dövlətin təhsil siyasətini Təhsil nazirliyi normal formada həyata keçirməlidir. Bu məsələ planlı şəkildə olunmalıdır”.