Üzə qulluq məhsullarının ziyanları varmı?

Tarix: 22:45 05.12.2024
Ev şəraitində üzə qulluq, müxtəlif maskalardan istifadə və ya üzə qulluq vasitələri olan tonik, nəmləndirici, üz baxım seriumları bu gün çox aktualdır.
Məsələ ilə bağlı kosmetoloq Lamiyə Mustafayeva "informator.az"a açıqlamasında bildirib ki, ev şəraitində olan üz baxımları heç bir halda fəsat vermir:
"Sadəcə alergik reaksiyası olan insanlar var ki, xüsusən, elə dərilər var ki, məsələn,vitamin C-ə həssaslığı var, o zaman tərkibində vitamin C olan məhsulların istifadəsi zamanı alergiya verəcək. Ev şəraitində dediyimiz maskalar yumurtadır, xamadır, banandır, limondur və s bu tip maskalardan istifadə olunur ki, bunların istifadəsi dərinin həssaslığına bağlıdır, sadəcə alergik reaksiya verə bilər, fəsat heç bir halda verə bilməz".
Kosmetoloq üzə qulluq üçün istifadə olunan məhsullardan da danışıb:
"Təbii ki, dəriyə qulluq yalnız "kosmetoloqun yanına gedirəm və o hansısa prosedurları eləyir, mən gözəlləşib gəlirəm" deyə bir anlayış yoxdur. Bildiyimiz kimi ən çox çirklənən nahiyəmiz əlimiz və üzümüzdür ,çünki daima onlar açıqdadır . Üz baxımı kremləri var ki, onlar seriya şəklində olur. Toniklər olur, miselyar olur, seriumlar olur, gecə və gündüz, həmçinin nəmləndirici kremlər olur. Təbii ki, bu vasitələrlə qulluq çox yaxşıdır. Çünki qadının ümumiyyətlə, dəriyə qulluğu evdən başlayır, daha sonra kosmetoloqun yanında 6 aydan bir olan prosedurlara dərin nəmlənmə edilir. Çünki üzümüzə vurulan kremlər sadəcə səthi nəmləndirir, daxilən nəmləndirmir. Dərin nəmləndirmə üçün isə kosmetoloqa gedirik və istəyirik ki, heç olmasa bu effekt 6 ay qalsın.
Ev şəraitində evə gələrkən mütləq makiyajı üzdən təmizləmək üçün tonik və miselyar sulardan istifadə edirik. Böyük səhf edirlər ki, bu miselyar sudan istifadədən sonra üzlərini su ilə yumurlar. Əslində bu miselyar suyun tərkibində sabun var və üzü qurudur. Mütləq su ilə yuyulmalıdır".
" Həmçinin akne üçün olar seriumlardı ki, bunun da istifadəsi çox yaxşıdır. Üzə qulluq çox gözəldir. Yenə də fəsatdan danışsaq, fəsat yoxdur, dərinin göstərdiyi alergik reaksiya ola bilər ki, bu halda istifadə olunan məhsulun növü tərkibinə uyğun dəyişilməlidir",-deyə o fikirlərini yekunlaşdırıb.
Nigar Həsənzadə