Boşanma hallarının artma səbəbləri və sosial nəticələri

Bölmə: Sosial › ,
Tarix: 20:37 16.12.2024

Hər iki tərəf mübarizə apararkən onların ortaq övladlarının olduğunu unudurlar və övladlarına etdikləri ən böyük pislik onlara bu vəziyyəti yaşatmağa məhkum etməkdir.

 

Mövzu ilə bağlı sosioloq Lalə Mehrall "informator.az"a açıqlamasında bildirib ki, boşanma hallarının müxtəlif səbəbləri var və hər zaman istisnasız olaraq uşaqlar zərər görür:

 

“Bütün bu proses- məhkəmə çəkişmələri, ailə içi olan konfliktlər, problemlər uşaqların gözü önündə baş verir. Təbii ki, uşağın korlanan psixologiyası, mənəviyyatı, uşağın ümumilikdə hər hansı bir kaosun içində olması tərəfləri maraqlandırmır, onlar boşanma ərəfəsində yalnız bir-biriləri ilə mal-mülk davası edirlər və bu zaman övladlarına etdikləri pisliklərin fərqində olmurlar. Adətən boşanmış ailələrin uşaqları ana ilə yaşamalı olurlar, çünki boşanma halında əksər hallarda övlad anaya verilir. Bu gün cəmiyyətdə çox ciddi bir problem var: oğlanlarımızın qız kimi böyümə məsələsi.. xüsusilə sosial şəbəkələrdə əks olunan mənzərələrdən şahid olmaq olur ki, oğlanların əksəriyyəti qız ədası ilə böyüyür. Yəni, onlar gözlərini açandan evdə, bağçada ana tərbiyəsi görürlər, məktəbdə isə qadın müəllim tərbiyəsi gördükləri üçün bu uşaqlar heç bir halda kişi fiquru ilə rastlaşmırlar. Çünki ata ya başqa ölkədədir, ya da ayrı evdədir, istənilən an əlçatan deyil”.

 

"Boşanmış ailələrdə böyüyən uşaqların ən ciddi problemi də evliliklə bağlı olur, çünki onlar o kaosun içində böyüklərinə görə evliliklə bağlı travmaları olur. Boşanmaqdan, övladı olarsa övladından ayrı yaşamaqdan, ümumilikdə dağılmış ailə sindromundan qorxur. Ona görə də boşanmış ailələrin uşaqları ilə bağlı ciddi problemlərin əsasını qoyacaq", -deyə o, fikrini yekunlaşdırıb.

 

Aydan Quliyeva