Mikroblarla mübarizə aparmağın ən təsirli yoludur!
Bölmə: Maraqlı › ,Tarix: 23:07 25.12.2024
Qışın ən təhlükəli vaxtlarını yaşayırıq. Havaların sürətlə soyuduğu bu günlərdə çöldən gələ biləcək mikroblarla mübarizə aparmaq və soyuqdəyməyə tutulmamaq üçün bəzi tədbirlər görməliyik.
Mütəxəssislər ilin dörd fəslində, xüsusilə qış aylarında özünüzü qorumağın mümkün olduğunu deyir və bəzi məsləhətləri bölüşürlər.
Bu qış indiyə qədər yaşadığınız qışdan fərqli ola bilər. Mövsümün heç bir xəstəliyə tutulmadan kefini çıxarmaq üçün mütəxəssislərin xəbərdarlıqlarına əməl etməlisiniz. Bəs immunitetimizi necə güclü saxlayaq?
1- Qida dəyəri yüksək olan qidalardan istifadə edin
Bir nömrəli qış qidalanma məsləhəti immunitet sağlamlığına diqqət yetirməkdir. Sink və C vitamini kimi qidalar immunitet sistemini gücləndirməyə kömək edə bilər. C vitamini sitrus meyvələri, giləmeyvə, kivi, brokoli və pomidorda, sink isə paxlalılar, tam taxıllar, bir çox dəniz məhsulları və quş əti kimi qidalarda olur.
2- Tam taxıl məhsulları istehlak edin
Qış günləri bir çoxumuzu sevimli və yeni reseptlər hazırlamaq üçün içəriyə və mətbəxə getməyə təşviq edir. Bu reseptləri sınayarkən istifadə etdiyiniz məhsullar da çox önəmlidir. Mütəxəssislər xəbərdarlıq edir ki, tam taxıllar immuniteti gücləndirir, ona görə də, reseptlərdə bu taxıllardan istifadə sizi daha sağlam edir.
3- D vitamini qəbulunuzu artırın
Günlər qısaldıqca günəş işığına məruz qalmaq qış aylarında kifayət qədər D vitamini almamağınıza səbəb olur. Buna görə də, xüsusilə qış aylarında əlavə olaraq D vitamini qəbul etməlisiniz. Əlbəttə ki, bu əlavəni qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşməyi unutmamalısınız.
Mənbə: Pembenar
Kəmalə Vəliyeva