"Ursa Major gəmisinin itkisi terror hücumu ilə əlaqələndirilir"

Bölmə: Dünya › ,
Tarix: 23:36 25.12.2024

"Ursa Major" gəmisinə Aralıq dənizində terror hücumu edilib — "Oboronlogistics"

 

"Oboronlogistics" şirkətinin mətbuat xidməti TASS-a bildirib ki, 23 dekabr 2024-cü il tarixində "Ursa Major" yük gəmisinə əvvəlcədən planlaşdırılmış terror hücumu həyata keçirilib. Gəmi heyətinin ifadələrinə görə, həmin gün Moskva vaxtı ilə saat 13:50-də (GMT 10:50) gəminin sağ tərəfində, arxa hissəsində ardıcıl üç partlayış baş verib. Nəticədə, gəmi 25 dərəcə əyilib və suyun bölmələrə dolması aşkar edilib.
"Ursa Major" yük gəmisi Aralıq dənizində batıb. Rusiya Xarici İşlər Nazirliyinin böhran və vəziyyət təhlili mərkəzinin məlumatına əsasən, gəmi mühərrik otağında baş verən partlayışdan sonra batıb. Hadisə İspaniya və Əlcəzair arasında beynəlxalq sularda baş verib. 16 heyət üzvündən 14-ü xilas edilib, 2 nəfər isə itkin düşüb.
Rusiya İstintaq Komitəsinin Qərb Aralıq Nəqliyyat üzrə Regional İstintaq İdarəsinin mətbuat xidməti daha əvvəl TASS-a bildirib ki, rusiyalı müstəntiqlər cinayət işi açıb. Hərbi ekspert Aleksandr Stepanov isə TASS-a açıqlamasında hadisəni diversiya aktı kimi qiymətləndirib.


Mənbə:ITAR TASS
Zəhra Məmmədova