Evdə hazırlaya biləcəyiniz yeni il kombinasiyaları

Bölmə: Maraqlı › ,
Tarix: 23:28 25.12.2024

Bu Yeni il gecəsini evdə keçirməyə qərar verdinizsə və nə geyinmək istədiyinizi bilmirsinizsə, bu təkliflərə nəzər sala bilərsiniz...

 

Yaşıl şifon paltarın zərifliyi

Yaşıl rəng Yeni il gecəsinin simvollarından biridir. Milad ağacı bəzəmisinizsə, ailənizlə gözəl vaxt keçirdikdən sonra onun yanında şəkil çəkdirərək gününüzü bitirə bilərsiniz. Hündürdaban ayaqqabısı olmayan qara rəngli çəkmələriniz sizə çöldə olduğunuz hissini verəcək və rahatlığınızdan ödün verməyəcək.

 

İpək parça kombinezon və rahat tüklü başmaq

Yeni il gecəsini bu dəbdə olan terliklərlə rahat keçirmək istəyirsinizsə, bu kombinasiya məhz sizin üçündür. Gündəlik həyatda rahatlığından əl çəkmək istəməyənlər bu birləşmədən çox məmnun qalacaqlar.

 

Payetli yubka və ağ zəriflik

Hər kombinasiyanın xilaskarı olan ağ köynəklər indi payetli ətəkləri müşayiət edir. Bu paltarları gümüş zinət əşyaları ilə birləşdirə və ağ idman ayaqqabısı geyinə bilərsiniz.

 

Milad parıltısı

Hər dəri tonuna uyğun rəngdə payetli don və lak ayaqqabı... Bu kombinasiyanı yeni il ərəfəsində bayıra çıxa bildiyimiz vaxtda etmək məcburiyyətində deyilsiniz, siz də evdə özünüzü sevindirə bilərsiniz. Yeni il parıltısını əks etdirmək məhz sizin üçündür!


Mənbə: Habertürk
Tərcümə etdi: Kəmalə Vəliyeva