Termometr Fövqəladə Hallar nazirliyini hərəkətə keçirdi
Bölmə: Hadisə › ,Tarix: 09:05 27.10.2015
Fövqəladə Hallar Nazirliyinin “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə” daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.
İnformator Fövqəladə hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Əməliyyat saat 23:00-da başa çatıb.
Digər hadisə Nərimanov rayonunda qeydə alınıb. Mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Əməliyyat saat 00:30-da başa çatıb.