Köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib
Bölmə: Hadisə › ,Tarix: 15:00 29.10.2015
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
İnformator Fövqəladə hallar nazirliyinə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açıb və vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 13:31-də başa çatıb.