Səbail və Nəsimi rayonlarında qırılmış termometr FHN-i hərəkətə keçirdi

Bölmə: Hadisə › ,
Tarix: 15:43 29.10.2015

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.

İnformator FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq bqaydada yığılı və çirklənmiş ərazi demerkurizasiya edilib.

Əməliyyat saat 11:15-də başa çatıb;

Digər hadisə Nəsimi rayonunda baş verib. Mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.

Əməliyyat saat 12:40-da başa çatıb.