İKTA və Temu əməkdaşlığı-İstehlakçılara yeni seçim imkanı

Tarix: 20:36 27.02.2025
İKTA və Temu arasındakı əməkdaşlığın poçt xidmətlərinə təsiri yoxdur.
Bu fikirləri “İnformator.az”a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib. Onun sözlərinə görə, müştərilərin narazılıqlarına əsasən danışıqlar aparılıb:
“Çinin məhsulları keyfiyyətli və ucuz olduğundan, müştərilər bu platformadan istifadə etməyə davam edəcək”.
X.Kərimli bildirir ki, burada əsas məsələ Temu və ya digər platformalar deyil, həmin ölkələrdən alınan məhsullara olan maraqdır:
“Əvvəl daha çox Türkiyədən alınırdı, buna səbəb isə pandemiyadan sonra lirənin sürətli şəkildə dəyərdən düşməsi idi. Hazırda lirənin dəyəri stabilləşib”.
Ekspert sonda əlavə edir ki, bu cür platformaların mövcudluğu insanlar üçün əlavə seçim imkanı yaradır:
“Həm bazardakı rəqabəti artırır, həm də ədalətli qiymətlərin formalaşmasına şərait yaradır. Çünki birbaşa vətəndaş idxal etdiyinə görə, o, peşəkar sahibkarlara rəqibə çevrilir. Vətəndaş məcbur deyil ki, mağazanın təyin etdiyi qiymətlə alsın və sahibkarlar da müştəri itirməmək üçün şişirdilmiş qiymətlərdən imtina edərək ədalətli qiymət təyin etməyə çalışırlar. Bu isə istehlakçılar üçün olduqca müsbət bir inkişafdır”, - deyə o, yekunlaşdırıb.
Pünhan Həsənova