Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb

Bölmə: Hadisə › ,
Tarix: 14:21 27.07.2025

İyunun 6-da anası ilə birlikdə baltalanan 25 yaşlı Aliyə Namazova bu gün vəfat edib.

 

"İnformator.az" "Report" a istinadən, iki aydan artıqdır Bakı şəhərindəki xəstəxanalardan birində müalicə olunan qadın ölüb.

 

Hadisədə şübhəli bilinən ruhi xəstə olan 31 yaşlı Kainat Namazovun anası 55 yaşlı Sevinc Həsənova və bacısı Aliyə Namazovaya balta ilə xəsarət yetirdiyi, daha sonra yaşadıqları evi yandırdığı bildirilir. Qeyd edək ki, hadisə zamanı S.Həsənova dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.