Hava şəraiti ilə bağlı Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Bölmə: Sosial › ,
Tarix: 20:51 27.02.2025

Hazırda qarlı soyuq havadır və metropolitenlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Mövzu ilə bağlı Bəxtiyar Məmmədov "informator.az"a açıqlamasında bildirib ki, metropoliten gücləndirirlmiş iş rejimi şəraitində fəaliyyətini davam edirir:

 

"Qatarların hərəkət qrafiki xüsusi diqqət mərkəzindədir. Hər hansısa bir yubanma yoxdur hazırda, ümumiyyətlə qarlı hava şəraitində elektrik depolarının bütün infrasturukturu, o cümlədən, qatarların xəttə giriş, çıxışını tam təmin etmək üçün yol dəyişdirici qurğuların fəailiyyəti nəzarət altındadır. Onların qarsız olması təmin olunur. Eyni zamanda bütün stansiyaların açıq-hava şəraitində olan, keçid və giriş, çıxışları qardan təmizlənir. Qum və duz ehtiyyatı mütləq şəkildə nəzarətdə saxlanılır. Bir sözlə sərnişinin təhlükəsizliyi üçün bütün tədbirlər görülür".

 

Ayşən Səlimova