Artıq ovuclarda saç tökülməyəcək!

Tarix: 18:16 04.03.2025
Saç tökülməsi hər kəsin kabusudur. Müəyyən miqdarda saç tökülməsi tamamilə normal və gözləniləndir. Bir çox səbəbləri olan saç tökülmələri daha çox duş zamanı baş verir. Bəs niyə saç tökülməsi ən çox duşda nəzərə çarpır?
Saç tökülməsi gün ərzində baş verən təbii bir prosesdir və çox vaxt heç kəsin diqqətindən yayınmır. Saç tökülməsini müşahidə etdiyimiz ən açıq yer duşdur. Duş qəbul edərkən saçınızı yumaq və saç kremi tətbiq etmək, tökülmə mərhələsində olan saçları boşaltmağa kömək edə bilər. Saçınızı hər gün yumasanız, bu saçlar birdən yığılıb tökülə bilər. Deyirlər ki, gündə 100-150 telə qədər saç tökülməsi normaldır, amma heç kim oturub tökülən tükləri saymaz. Əgər saç tökülməsi adi, normal tökülmədirsə, yəqin ki, siz bunu çox hiss etməyəcəksiniz. Saç tökülməsinin qəfil artması, baş dərisində görünən dəyişikliklər və ya hər hansı qaşınma və ya həssaslıq hər hansı əsas problemi aşkar etmək üçün mütləq bir dermatoloq müayinə etməlidir.
Mənbə: Pembenar
Kəmalə Vəliyeva