Anadolu Ankası- 2025” beynəlxalq təlimi başlayıb

Bölmə: Siyasət › ,
Tarix: 21:12 13.05.2025

Türkiyənin Konya şəhərində “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix - 2025”) beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.

 

"İnfotmator.az" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, manevrlərdə Türkiyə ilə yanaşı, Azərbaycan, ABŞ, Almaniya, Bosniya və Hersoqovina, İtaliya, Qətər, Rumıniya, Slovakiya və Səudiyyə Ərəbistanı da iştirak edir.

 

Təlimlər ayın 23-dək davam edəcək.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix - 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmək üçün mayın 8-dən Türkiyənin Konya şəhərində səfərdədir. Müxtəlif ölkələrin hərbçilərinin cəlb olunduğu beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təmsil edir.