Prezident Ərdoğan Mark Rutteni qəbul edib

Bölmə: Dünya › ,
Tarix: 21:18 13.05.2025

Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutteni Prezident Külliyesində qəbul edib.

 

Prezident Ərdoğan NATO-nun baş katibi Rutteni qəbul etdikdən sonra Rabitə İdarəsindən açıqlama verilib.

 

Açıqlamaya görə, görüşdə Türkiyə-NATO əlaqələri, Ukrayna-Rusiya müharibəsi ilə bağlı inkişaflar, regional və qlobal məsələlər müzakirə edilib.

 

Prezident Ərdoğan görüş zamanı Türkiyənin NATO-ya önəm verdiyini və bunun göstəricisi olaraq NATO-nun Kosovo Qüvvələrinin komandanlığını yenidən öz üzərinə götürəcəyini bildirib.

 

Türkiyənin terrorla mübarizədə müttəfiqlərindən əməkdaşlıq gözlədiyini vurğulayan Ərdoğan, daxili və xarici çətinliklərə baxmayaraq, Türkiyənin NATO-nun güclü olması üçün əlindən gələni etməyə davam edəcəyini bildirib.

 

Prezident Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsini uzunmüddətli və ədalətli sülhlə sona çatdırmaq üçün səylərini artırdığını, Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenski ilə görüşlər keçirdiyini, Türkiyənin hərtərəfli atəşkəsin bərqərar olmasını qətiyyətlə dəstəklədiyini, NATO-nun bu müharibənin bir parçası olmaması mövqeyində olduğunu, sülh fürsətinin qaçırılmaması lazım olduğunu bildirib.

 

Qəbulda prezident Ərdoğanı xarici işlər naziri Hakan Fidan və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edib.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli