Qar yemək yaxşı fikirdir, yoxsa risklidir?

Bölmə: Maraqlı › ,
Tarix: 21:33 04.03.2025

Qış gələndə uşaq kimi şən olan bir qrup insan var. Qar yağanda üstünə bal töküb ləzzətlə yeyənlər! Bilirsiniz, o vaxtlar ki, böyüklərimiz köhnə qışlardan danışanda: “O vaxt qarın dadı başqa idi” , - deyərdilər. Beləliklə, qar yemək həqiqətən nostalji həzzdirmi? Yoxsa sağlamlığımız üçün buz kimi təhlükədir? Daxili Xəstəliklər Mütəxəssisi Dr. Şencay Yıldız Şahin izah edib.

 

Qar, deyəsən, təbiətin ən təmiz hədiyyəsidir. Göydən saf ağ enir, səssizcə yeri örtür, əlini uzadanda əriyib yox olur. Amma həqiqət o qədər də günahsız deyil. Qar yerə dəyənə qədər havada üzür və üstümüzə düşür, atmosferdən çirkləndiriciləri, mikrobları, işlənən qazları və hətta ağır metalları götürür. Deməli, düşündüyünüz qədər təmiz deyil!


Qarda görünməz təhlükələr:


Qarda nə olduğunu soruşsanız, qısa bir siyahı təqdim edirik:


-Egzoz tüstüsü və havanın çirklənməsi: Böyük şəhərlərdə yaşayırsınızsa, qarın üzərinə səpilən incə hissəciklər və qurğuşun tozu olduğunu bilməlisiniz.
-Bakteriyalar və Viruslar:
Qar təzəcə yağsa belə, ona havadan gələn mikroorqanizmlər qarışa bilər.
-Ağır Metallar və Kimyəvi Maddələr:
Hava çirkliliyindən qaynaqlanan civə və qurğuşun kimi toksinlər qarda toplana bilər və siz fərq etmədən bədəninizə daxil ola bilər.
-Radioaktiv maddələr:
Şəhər əfsanəsi kimi görünsə də, hətta bəzi bölgələrdə sənaye tullantıları səbəbindən yağan qarın radioaktiv hissəciklər daşıdığı müəyyən edilib.

 

Mənbə: Pembenar

Nigar Səmədli