Qaraçı musiqisinin sevilən adı Balık Ayhan dünyasını dəyişib

Bölmə: Dünya › ,
Tarix: 21:39 13.05.2025

Balık Ayhan kimi tanınan qaraçı musiqisinin sevilən adı Ayhan Küçükboyacı İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Roman musiqisi deyəndə ağla gələn və Balık Ayhan kimi tanınan Ayhan Küçükboyacını aprelin 12-də yaxınları Prof. Dr. Cəmil Taşcıoğlu Şəhər Xəstəxanasına aparıb. Nəfəs darlığı yaşayan məşhur reanimasiya şöbəsinə yerləşdirilib. Hələ də xəstəxanada müalicəsi davam edən Küçükboyacının qızı bir müddət əvvəl İnstaqram hesabında Balık Ayhana təcili qan bağışlamağa çağıran paylaşım edib. Ayhan Küçükboyacının səhər saatlarında həyatını itirdiyi öyrənilib.

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı