Bankların üstün cəhətləri

Tarix: 21:26 05.03.2025
Kredit götürməyə üstünlük verməyədə bilərik. Sadəcə olaraq, banklarda üstünlük ucuz faizlərdir. Lambardlar, bank olmayan kredit təşkilatları, digər şəxslər bizə daha çox faizli kredit verirlər.
Məsələ ilə bağlı bank eksperti Əkrəm Həsənov "İnformator.az"a açıqlamasında bildirib ki, bankların maliyyə alətlərinə, maliyyə mənbələrinə çıxışı daha asan, maliyyələşməsi isə daha ucuzdur:
"Digərlərinə baxanda, bizə banklar daha az faizlə kredit verir. Əmanəti bankda saxlamaq dedikdə isə əmanətləri banklarda saxlamaq üçün sığorta təminatı, 100000 manata qədər mövcuddur. Milli valyutada faizi 12%, xarici valyutada isə 2,5%-dir. Mərkəzi bank bunlara nəzarət edir. Bank müflis olduqda isə fonddan 1 ay ərzində qaytarılır. Şirkətlərin pulu bir qayda olaraq, geri qaytarılmır".
Nigar Səmədli