Metrodakı yoxlama cihazları qidalarımıza zərər verirmi?

Tarix: 23:15 18.03.2025
Azərbaycanda son illər metro stansiyalarının girişində X-Ray cihazlarından istifadə olunur. Bu cihazlar vasitəsilə əl yüklərində olan hər bir obyekti görmək mümkündür. Hər bir əşya cihazda fərqli rəngdə göstərilir. Beləliklə, müxtəlif rənglər sayəsində bütün üzvi, metal və qeyri-üzvi komponentlər rentgen şüaları vasitəsilə aşkar edilir.
Eyni zamanda içində qidalar olan əl çantalarmızı da həmin cinazlardan keçiririk. Cihazların yaydığı şüaların qidalarımıza təsir edib-etməməsi hər zaman müzakirə olunur.
Mövzu ilə əlaqədar "informator.az" a açıqlamasında Qida Təhlükəsizliyi Hərakatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, bu cihazlarla bağlı hər hansısa narahatlığa əsas yoxdur:
"Bu günlərdə insanların sıx olduğu yerlərdə metro girişlərində, alış-veriş mərkəzlərində, hava limanlarında X-Ray cihazlarından istifadə olunur. Bu cihazların yaydığı şüalar çox kiçik həcmli, təxminən 0.1 və 0.2 mikro svirt qədərdir. Buna görə də qidalarımıza təsiri çox aşağıdır. "
Məhsəti Hüseynova onu da qeyd edib ki, yoxlama cihazlarından çıxan şüalar qidaların tərkibində də heç bir dəyişikliyə səbəb olmur.
İlahə Həsənova