Tramp, Zelenski ilə görüşünü dəyərləndirib

Bölmə: Dünya › ,
Tarix: 17:11 20.03.2025

 

 

ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında atəşkəs prosesini müzakirə etdiklərini bildirərək, “Son dərəcə düzgün bir yolda irəliləyirik”,-deyib.

 

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında açıqlama verərək, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının çox yaxşı keçdiyini və təxminən 1 saat davam etdiyini qeyd edib. Tramp, “Görüşün əsas hissəsi, Rusiya və Ukraynanın tələblərinin və ehtiyaclarının bir-birinə yaxınlaşdırılması məqsədilə dünən Rusiya Prezidenti Vladimir Putinlə apardığımız telefon danışığına əsaslanırdı. Son dərəcə düzgün bir yolda irəliləyirik” ifadələrini işlədib.

 

Ağ Evdən Tramp və Zelenski görüşü ilə bağlı açıqlama.

 

Ağ Evin mətbuat katibi Karolin Leavitt, ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenski ilə telefon danışığı apardığını və bu danışıq zamanı Ukraynanın təhlükəsizliyi üçün yeni təkliflər irəli sürdüyünü bildirdi. Leavitt, ABŞ-nin Ukrayna ilə mədənçilik sahəsində razılaşma imzalamaq niyyətindən əl çəkmədiyini, lakin hazırda sülhün təmin edilməsinə fokuslandığını vurğulayıb.

 

Ağ Evin mətbuat katibi Leavitt açıqlamasında, “Prezident Tramp Ukraynanın elektrik və nüvə stansiyalarının vəziyyətini də müzakirə edib. ABŞ-nin elektrik enerjisi və kommunal xidmətlər sahəsindəki təcrübəsi bu planlara böyük dəstək verə bilər. Bu stansiyaların Amerikanın mülkiyyətində olması, bu infrastrukturu qorumaq üçün ən yaxşı müdafiə vasitəsi olacaq və Ukraynanın enerji infrastrukturuna dəstək göstərəcək”,-deyib.

 

Zelenski, ABŞ Prezidenti Tramp ilə apardığı telefon danışığını dəyərləndirib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı barədə açıqlama verib. Zelenski, görüşün müsbət, əhəmiyyətli və səmimi keçdiyini bildirərək, ABŞ və Ukrayna heyətləri arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantı üçün təşəkkürünü ifadə edib.

 

Səudiyyə Ərəbistanındakı toplantının müharibəni bitirmək istiqamətində mühüm töhfə verdiyini qeyd edən Zelenski, ABŞ və Ukraynanın müharibənin daimi olaraq sona çatdırılması üçün birlikdə çalışmağa razılaşdıqlarını vurğulayıb. O bildirib ki, “Amerika, Prezident Tramp və Amerika liderliyi ilə bu il daimi sülhün təmin olunacağına inanırıq".

 

Trampın ona cəbhədə “şərtsiz” atəşkəs tətbiq olunmasını təklif etdiyini bildirən Zelenski, “Amerika tərəfi həmçinin cəbhə xəttində şərtsiz atəşkəs təklif edib və Ukrayna bu təklifi qəbul edib” ifadələrini işlədib.

 

CNN Türk

Günel Verdiyeva