" Sirli xəstəlik'' yayılır! Ölənlərin sayı 10-a çatıb

Bölmə: Dünya › ,
Tarix: 18:43 20.03.2025

Nigeriyanın Kebbi əyalətindəki bir universitetdə "diaqnoz qoyulmamış xəstəlikdən" dünyasını dəyişənlərin sayı 10-a yüksəlib, 20 nəfər xəstəxanada müalicə olunur.

 

Kebbi Dövlət Elm və Texnologiya Universitetindən (KSUSTA) edilən açıqlamada, əyalətdəki universitetdə ortaya çıxan "müəmmalı xəstəlik" səbəbiylə 10 nəfərin həyatını itirdiyi, 20 nəfərin isə müalicə aldığı bildirilib.

 

Bəyanatda deyilir ki, universitet rəsmiləri xəstəliyin yayılmasının qarşısını almaq və təsirlənmiş tələbələri təcrid etmək üçün səhiyyə orqanları ilə əməkdaşlıq edir.

 

Universitetin qeydiyyatdan məsul zabiti Maimaru Alhaji Tilli xəstəliyin səbəbinin məlum olmadığını vurğulayaraq, "Bəli, bəzi tələbələrimizi itirmişik, bəziləri isə xəstəxanada müalicə alırlar. Səhiyyə Nazirliyinin əməkdaşları bizə xəbərdarlıq edərək, tələbə yataqxanalarında sıxlıq yaratmamağımızı tövsiyə edib" dedi.

 

Hadisə şahidlərinin sözlərinə görə, xəstəlikdən əziyyət çəkən tələbələr yüksək hərarət, qusma və ishaldan əziyyət çəkiblər.

 

Digər tərəfdən, dövlət orqanları, xəstəliyin mənbəyini müəyyən etmək üçün araşdırmalarını davam etdirərkən, universitet rəhbərliyi tələbələrdən sakit olmalarını və xəstəliyin yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görmələrini xahiş etdi.

 

CNN TÜRK
Səftərova Səmayə