Yüksək Proteinli Pəhriz Böyrək Daşlarına Səbəb Olub

Bölmə: Dünya › ,
Tarix: 17:14 21.03.2025

 

 

Dallas, Texas – 23 yaşlı sosial media istifadəçisi yüksək proteinli, yalnız heyvan mənşəli qidalardan ibarət pəhrizə riayət etdikdən sonra böyrək daşları səbəbilə xəstəxanaya yerləşdirilib.

 

Gənc qadın TikTok videosunda gündəlik qidalanmasında əsasən biftek və yumurtaya üstünlük verdiyini bildirib. O, kollecin son ilində yalnız heyvan mənşəli qidalar qəbul etdiyini və bunun nəticəsində sağlamlıq problemləri yaşadığını etiraf edib. Sidiyində qan göründükdən sonra tibbi yardım axtaran qadında böyrək daşları diaqnozu qoyulub.

 

Həkimlər bildirirlər ki, yüksək proteinli pəhriz və çox işlənmiş qidalar böyrək daşlarının əmələ gəlmə riskini artırır. Mayo Clinic-in məlumatına görə, bu tip pəhrizlərdə kifayət qədər lif olmadığı üçün qəbizlik, baş ağrısı və ürək xəstəlikləri riski də yüksəlir.

 

Böyrək daşları dünyada hər on nəfərdən birində rast gəlinən bir sağlamlıq problemidir. Onlar lazer və dərman müalicəsi ilə parçalana bilər. Təcrübəsindən dərs çıxaran təsir edici izləyicilərinə yüksək proteinli qidaları balanslı şəkildə qəbul etməyi və lifli qidalardan imtina etməməyi tövsiyə edib.

 

Breaking News English 

Gülhüseynova Güllər