Parthenon -yunan memarlığının şah əsəri

Bölmə: Mədəniyyət › ,
Tarix: 23:33 21.03.2025

Parthenon ilahə Afina adına tikilmiş ən böyük Dor üslublu məbəddir. Eramızdan əvvəl V əsrdə Afina Akropolunda inşa edilmişdir. Qədim Yunanıstan dövründən qalmış tikililər arasında ən məşhuru sayılır və yunan memarlığının ən böyük nailiyyəti hesab olunur. Onun eksteryerində istifadə edilən heykəltəraşlıq nümunələri yunan sənətinin zirvəsi hesab edilir. Dünyanın ən böyük mədəniyyət abidələrindən biri olan Parthenon həm də qədim Yunanıstanın və Afina demokratiyasının simvoludur.

 

Parthenonun memarları İktinos və Kallikrates, baş heykəltəraşı isə Fidias olmuşdur. Məbəd təmiz ağ Pantelikon mərmərindən inşa edilib. Ölçüləri təxminən 31 × 69 metrdir və 4:9 nisbətinə malikdir. Hər qısa tərəfdə 8, uzun tərəfdə isə 17 olmaqla ümumilikdə 46 sütun var.

 

Mənbə: AntikTarih

 Türkan Kərimli