Beynəlxalq müqavilələr Rəsmi Qəzetdə dərc olunub

Tarix: 14:09 22.03.2025
Türkiyə tərəfindən imzalanan 7 beynəlxalq müqavilə Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə Rəsmi Qəzetdə dərc olunub.
Müvafiq olaraq, 2 yanvar 2025-ci il tarixində imzalanan “(Interreg VI-A) IPA Bolqarıstan-Türkiyə Proqramının İcrası Sazişi” təsdiq edilib. Müqavilə proqramın idarə edilməsi və həyata keçirilməsi və tərəflərin vəzifələrinin bölüşdürülməsi ilə bağlı ümumi müddəaları müəyyən edir. 16 noyabr 2023-cü il tarixində Bonnda imzalanan “Türkiyə-Almaniya Quru Nəqliyyatı Müştərək Komissiyası İclas Protokolu” iki ölkə arasında xarici ticarətin inkişafına töhfə vermək məqsədi ilə 2024 və 2025-ci illərdə tətbiq olunacaq müvəqqəti keçid sertifikatı kvotalarını tənzimləyir.
21 noyabr 2023-cü il tarixində Əlcəzairdə imzalanan "Türkiyə Respublikası Hökuməti ilə Əlcəzair Demokratik Xalq Respublikası Hökuməti arasında İstehlakçıların Hüquqlarının Müdafiəsi, Bazara Nəzarət, Məhsul və Xidmətlərin Keyfiyyətinə Nəzarət Sahəsində Əməkdaşlıq haqqında Saziş" istehlakçıların hüquqlarının müdafiəsi, məhsulların bazara nəzarəti və keyfiyyətinə nəzarət sahəsində tərəflər arasında əməkdaşlıq çərçivəsini müəyyən edib.
TRT XƏBƏR
Asiman Vəliyeva