İstanbul Valiliyindən açıqlama

Tarix: 13:12 24.03.2025
İstanbul Valiliyi, Yenikapıda keçirilən Novruz tədbirlərində qeyri-qanuni şüarlar səsləndirən və pankart açan 28 nəfər haqqında qanuni tədbir görüldüyünü, təşkilat komitəsinin üzvləri haqqında cinayət işi açıldığını açıqlayıb.
Valilikdən verilən açıqlamada qeyd olunub ki, təşkilat komitəsi martın 5-də Valiliyə müraciət edib və martın 23-də Yenikapı Tədbir Sahəsində Novruz şənliyi keçirmək üçün icazə istəyib.
Açıqlamada qeyd olunub ki, aparılan qiymətləndirmələr nəticəsində müvafiq qanunvericiliyə əməl olunmaq şərti ilə lazımi icazə verilib, tədbirin keçirildiyi ərazidə və onun ətrafında heç bir stend və çadır qurulmayıb, jurnal və nəşr sərgiləri açılmayıb.
Mənbə: TRT Haber
Zəhra Möhübbətova