Xarici işlər naziri Hakan Fidandan ABŞ-yə kritik səfər

Bölmə: Dünya › ,
Tarix: 13:40 24.03.2025

Xarici işlər naziri Hakan Fidan martın 25-26-da Tramp administrasiyası dövründə ABŞ-yə ilk ikitərəfli səfərini edəcək.

 

Nazir Fidan martın 25-26-da ABŞ-də olacaq

 

Xarici işlər naziri Hakan Fidan, Tramp administrasiyası dövründə ABŞ-yə ilk ikitərəfli səfərini edəcək. O, amerikalı həmkarı Marko Rubio və digər ABŞ rəsmiləri ilə görüşəcək. Danışıqlar zamanı iki ölkəni maraqlandıran bir çox mühüm mövzular, o cümlədən Türkiyə-ABŞ ikitərəfli münasibətlərində atıla biləcək strateji addımlar, qarşıdan gələn prezident səfərlərinə hazırlıqlar, Ukrayna və Fələstindəki vəziyyət, Suriyadakı inkişaflar müzakirə olunacaq.

 

Terrora qarşı mübarizədə əməkdaşlıq məsələsi vurğulanacaq

 

Görüşlərdə Türkiyə ilə bağlı regional məsələlərdə ABŞ-dən gözlənilən münasibət də nəzərə çatdırılacaq. Bu çərçivədə Türkiyənin Suriyanın sabitliyi və bütövlüyünə verdiyi dəstək, Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasının vacibliyi vurğulanacaq. Həmçinin bölgədə humanitar yardım və yenidənqurma məsələlərində Türkiyə ilə ABŞ arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanacaq. Danışıqların ən mühüm mövzularından biri də terrora qarşı mübarizə olacaq. ABŞ-yə DEAŞ-la mübarizədə və düşərgələrin təhlükəsiz idarə olunmasında birlikdə hərəkət etmək təklif ediləcək.

Fidanın görüşləri zamanı Türkiyənin Rusiya-Ukrayna müharibəsini bitirmək üçün diplomatik səyləri xatırladılacaq. Atəşkəslə bağlı ABŞ-nin rəhbərlik etdiyi təşəbbüslərin dəstəkləndiyi bildiriləcək. Bu çərçivədə ABŞ-nin sanksiyalarının götürülməsi və Türkiyənin F-35 proqramına qayıtması da müzakirə olunacaq.

 

Mənbə: CNN Türk

Nərmin Həşimova