Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşünün vaxtı məlum olub

Tarix: 14:09 24.03.2025
Rusiya və ABŞ nümayəndə heyətləri saat 11:00-da Ər-Riyadda Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara başlamağı planlaşdırır. Bu barədə TASS-a mənbə məlumat verib. Görüş "The Ritz-Carlton" otelində keçiriləcək.
Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.
Amerika nümayəndə heyətinə isə ABŞ Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun köməkçiləri və milli təhlükəsizlik müşaviri Mayk Uolsun daxil olacağı gözlənilir.
Mənbə: Caliber
Aytən Ağazadə