"İctimai asayişi pozanlara dözümlülük olmayacaq"

Tarix: 14:14 24.03.2025
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya və terror istintaqına etiraz olaraq keçirilən icazəsiz nümayişlərlə bağlı İstanbul valisi Davud Gül açıqlama verib. Polis idarəsinin 5 gündür ictimai asayişi pozan qruplaşmalara qarşı böyük səbir və qətiyyətlə vəzifəsini davam etdirdiyini bildirib.
Vali Gül polisə hücum edənlərin bir-bir müəyyən edildiyini və barələrində lazımi tədbir görüldüyünü vurğulayıb.
Qubernator Gül 5 gündür küçələrdə təxribat xarakterli aksiyaların təşkil edildiyini, polisin daş, atəşfəşanlıq və bu kimi əşyalarla hücuma məruz qaldığını bildirib və sosial media hesabından açıqlama verib.
Polis qüvvələrinin 5 gündür Saraçhanedə ictimai asayişi pozan qruplara qarşı böyük səbir və qətiyyətlə vəzifəsini davam etdirdiyini bildirən Qubernator Gül, "Polislərimizə daş, atəşfəşanlıq və bu kimi əşyalarla hücum edən şəxslərin şəxsiyyəti bir-bir müəyyənləşdirilir və barələrində lazımi hüquqi əməliyyatlar aparılır",- dedi.
İstanbul valisi Davud Gül açıqlamasında bu ifadələrdən istifadə edib:
"Məscidlərə, qəbiristanlıqlara ziyan vurmaq xalqın müqəddəsliyinə qarşı açıq-aşkar təxribatdır. Bu alçaq hərəkətləri edənlər layiq olduqları cəzanı alacaqlar. Vətəndaşlarımızdan xahişimiz maskalı insanların olduğu mühitlərdən uzaq durmaları və icazəsiz heç bir nümayişə qatılmamalarıdır. İctimai asayişi pozan hər hansı cəhdə yol verilməyəcək".
Mənbə: A Haber
Çimnaz Telmanqızı