Netanyahudan Türkiyə görüşü

Tarix: 14:20 24.03.2025
İsrailin baş naziri Benyamin Netanyahunun dünən rəsmilərlə Suriya ilə bağlı təhlükəsizlik toplantısı keçirdiyi və “Türkiyənin artan təsirini müzakirə etdiyi” bildirilib.
“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Netanyahunun Suriyada “Türkiyənin artan nüfuzu” ilə bağlı təhlükəsizlik rəsmiləri ilə görüş keçirəcəyi qeyd edilib.
Kanal 12 televiziyasının xəbərində, Netanyahunun "Suriya ilə Türkiyənin yeni administrasiyasının yaxınlaşmasını narahatlıqla izlədiyi" bildirilib.
Walla xəbər saytı Suriya rəhbərliyinin Homs vilayətinin Tedmur (Palmira) rayonundakı hərbi bazanı iqtisadi, hərbi və siyasi yardım alması müqabilində Türkiyə ordusuna təhvil vermək üçün Ankara ilə qabaqcıl danışıqlarda olduğunu iddia edərək, Humusun şərqində görünə bilən “Türkiyə hərbi varlığının” İsraili ciddi şəkildə narahat etdiyi qeyd edilib.
Mənbə: CNN Türk
Çimnaz Telmanqızı