Norveçin ulduz idmançısı Qapalı Atletika üzrə Dünya Çempionatını ikiqat qızılla başa vurub

Bölmə: Dünya › ,
Tarix: 14:29 24.03.2025

3 min metrdən sonra Yakob İnqebrigtsen 1500 metr məsafəyə qaçışda qızıl medal qazanıb. Çinin Nankinq şəhərində qapalı məkanda keçirilən atletika üzrə dünya çempionatı möhtəşəm nəticələrlə başa çatıb.

 

Norveçin ulduz adı Jakob Ingebrigtsen karyerasına yeni uğurlar əlavə edib və tarix yazıb. Norveçli idmançı 3 min metr məsafədə ilk qapalı çempionluğunu qazanıb.

 

Ingebrigtsen ertəsi gün 1500 metr məsafəyə qaçışda uğurunu taclandırıb. 1500 metr məsafəni 3 dəqiqə 38 saniyə 79 nəticə ilə başa vuran idmançı ikinci qızıl medalını Çində qazanıb. 

 

Çempion qaçışçısı; 26 ildən sonra eyni qapalı çempionatda 3000 və 1500 metr məsafələrə qaçışlarda ikiqat qızıl medal qazanıb.

 

Qadınlar arasında 1500 metr məsafəyə qaçışda efiopiyalı Qudaf Tseqay öz çempionluq rekordunu təkmilləşdirib. Uğurlu idmançı 3 dəqiqə 54 saniyə 86 saniyə nəticə göstərərək qızıl medala sahib olub.

 

TRT SPOR 

Gülhüseynova Güllər