İsrail atəşkəslə azad etdiyi fələstinliləri yenidən nəzarətə götürdü!

Bölmə: Dünya › ,
Tarix: 14:51 24.03.2025

İşğalçı İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı azı 30 fələstinlini nəzarətə götürüb. Saxlanılanlar arasında yanvarın 19-da imzalanan və martın 18-də İsrailin terror hücumları ilə sona çatan Qəzza razılaşması çərçivəsində sərbəst buraxılan qəzzalıların da olduğu bildirilib. 

 

Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyi ilə Fələstin Məhbuslar Dərnəyinin birgə bəyanatında məsələ ilə bağlı məlumat verilib. Açıqlamada, İsrail əsgərlərinin Fələstin xalqına qarşı hücumlarını artıraraq işğal altındakı İordan çayının qərb sahilində nəzarət və basqınlarını intensivləşdirməyə davam etdiyi bildirilib. Qeyd olunub ki, İsrail əsgərləri İordan çayının qərb sahilində bir çox şəhərlərə hücum edərək, aralarında keçmiş məhbusların da olduğu azı 30 fələstinlini saxlayıb. 

 

Son əsir dəyişməsində azad olub

 

 

Saxlanılanlar arasında son məhbus mübadiləsi razılaşması çərçivəsində sərbəst buraxılan Cenin şəhərindən olan Əhməd Vəlid Haşşanın da olduğu bildirilib. Açıqlamada , həmçinin qeyd olunub ki, İsrail işğal qüvvələrinin Cenin və Tülkərimdəki qaçqın düşərgələrinə həftələrdir həyata keçirdiyi hücumlarda ümumilikdə 710 nəfər saxlanılıb.

 

 

Mənbə: a haber
Kəmalə Vəliyeva