ABŞ-dən Yəmənə hava hücumu!

Bölmə: Dünya › ,
Tarix: 19:35 24.03.2025

İranın dəstəklədiyi Yəməndəki Husilər, ABŞ-nin Səda şəhərinə hücum etdiyini açıqlayıb. Xəbərdə ABŞ-nin hücumunun insan tələfatına və ya maddi ziyana səbəb olub-olmaması ilə bağlı məlumat verilməyib.

 

Husilərə məxsus Əl-Məsira televiziyası Yəmənin şimalında yerləşən Səda şəhəri yaxınlığında ABŞ tərəfindən iki hava hücumunun həyata keçirildiyini bildirib.

 

 

Husilər 7 martda verdikləri açıqlamada İsrailə Qəzzaya humanitar yardımların girişinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarını yenidən başladacaqlarını bildiriblər.

 

ABŞ Prezidenti Donald Tramp 15 martda Truth Social platformasındakı paylaşımında ordusuna Yəməndəki Husilərə qarşı “genişmiqyaslı hücuma” başlamaq əmri verdiyini açıqlayıb.

 

Husilərin lideri Əbdülməlik əl-Husi isə ABŞ-ə məxsus təyyarə və hərbi gəmilərin Husilərin hədəfi olacağını bildirərək, hücumlar davam etdiyi müddətcə dəniz səfərlərinə qoyulan məhdudiyyətlərin Vaşinqtonu da əhatə edəcəyini söyləyib.

 

Husilər, ABŞ və Böyük Britaniyanın paytaxt Səna da daxil olmaqla bir neçə şəhərə həyata keçirdiyi hava hücumları nəticəsində 79 nəfərin öldüyünü, 107 nəfərin isə yaralandığını açıqlayıb.

 

 

A Haber

Günel Verdiyeva