Özgür Özel-dən boykot çağırışı

Tarix: 20:26 24.03.2025
CHP lideri Özgür Özel, tərəfli davranan və fəaliyyətləri yayımlamayan media təşkilatlarına və bağlı şirkətlərə qarşı boykot başladacaqlarını bildirib.
Özel, həftə sonu etdiyi çıxışlarda, CHP mitinqlərinə və xəbərlərinə yer verməyən media təşkilatlarını hədəf aldı. Bazar axşamı Saraçhane-də, “Pulunu bizdən qazanıb, reytinqini bizdən alıb, saraya xidmət edənləri tək-tək elan edəcəyəm. Hamımız birlikdə istehlakdan gələn gücümüzü istifadə edəcəyik”, dedi. Özəl-in adı çəkilən boykot siyahısı hələ dəqiqləşməyib. Ancaq bu çıxışlardan sonra, sosial mediada bir çox boykot siyahıları paylaşıldığı görüldü. Sosial mediada #Boykot və #BoykotListesi kimi başlıqlar altında on minlərlə paylaşım edilib, bu başlıqlar Türkiyə siyahısının yuxarı sıralarına yerləşib.
Ətirə İbayeva