"Biz vəzifədəyik, yalan xəbərlərə inanmayın"

Tarix: 22:03 24.03.2025
Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək bazarların sağlam işləməsi üçün lazım olan bütün addımları atmağa davam edəcəklərini ifadə edərək, "Növbətçiyik. Xahiş edirik, əsassız xəbərlərə inanmayın",- dedi.
Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək sosial media hesabındakı paylaşımında bazarlardakı hadisələri qiymətləndirərək bunları qeyd edib.
Bəzi sosial media hesablarında "Mehmet Şimşək istefa vermək istəyir" iddiaları ilə bağlı DMM-in sosial media hesabından açıqlama verilib.
Bəyanatda sözügedən iddianın doğru olmadığı vurğulanıb və qeyd edilib:
"Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək iddia edildiyi kimi heç bir açıqlama vermədiyini açıqladı. İqtisadi proqramın məqsədlərinə çatması üçün bütün səlahiyyətli şəxslər və qurumlar fasiləsiz olaraq işlərini davam etdirir. Bazarlarda narahatlıq və inamsızlıq yaratmaq üçün yayılan dezinformasiya xəbərlərinə inanmayın".
Mənbə: TRT Haber
Məhərrəmli Xədicə