Ukrayna Belgoroddakı təbii qaz paylama stansiyasına hücum edib

Tarix: 20:47 24.03.2025
Rusiya Müdafiə Nazirliyi, Ukraynanın Belgorod bölgəsindəki təbii qaz paylama stansiyasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamaya görə, Ukrayna 22 martda Belgorod bölgəsində yerləşən təbii qaz paylama stansiyasına hücum edib. PUA-larla edilən hücum nəticəsində stansiyada ziyan dəydiyi bildirilib. Lakin stansiyanın fəaliyyətinə davam edib-etmədiyi barədə məlumat verilməyib. Açıqlamada, "Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a ötürülənlər də daxil olmaqla etdiyi açıqlamaların əksinə, Kiyev rejimi Rusiyadakı enerji infrastrukturuna qarşı hücumları məqsədli şəkildə planlamaqda, hazırlamaqda və həyata keçirməkdə davam edir" ifadələri yer alıb.
TRT HABER
Billurə Quliyeva