Rusiya Ukraynanın Sumi vilayətini vurdu: 90 nəfər yaralanıb

Tarix: 12:56 25.03.2025
Rusiyanın Ukraynanın Sumı vilayətinə endirdiyi hava zərbəsi nəticəsində yaralananların sayı 90-a çatıb.
Ötən gün Rusiya Ukraynanın Sumi vilayətinə hava zərbəsi endirib. Ukrayna Prezidenti Vladimir Zelenski son vəziyyətlə bağlı açıqlamasında :
"Çoxlu yaralı var. Hücum zamanı 17-si uşaq olmaqla, təxminən 90 nəfər yaralanıb. Hücumun episentrində məktəb və yaşayış binaları olub. Xoşbəxtlikdən məktəbdəki uşaqlar sığınacaqda olub" , - deyib.
Mənbə: CNN Türk
Kəmalə Vəliyeva