ABŞ Rəsmilərinin Yəmənə Hücum Planlarının Sızması: Jurnalist Səhvən Qrup Söhbətinə Dəvət Edilib

Bölmə: Dünya › ,
Tarix: 13:27 25.03.2025

ABŞ-nin yüksək səviyyəli rəsmilərinin Husi üsyançılarına qarşı mümkün hərbi əməliyyatları müzakirə etdiyi qrup söhbətinə bir jurnalistin səhvən əlavə edilməsi böyük səs-küyə səbəb olub. Ağ Ev bu hadisəni təsdiqləyib.

 

Atlantic jurnalının baş redaktoru Cefri Qoldberqin sözlərinə görə, o, Ağ Evin Milli Təhlükəsizlik müşaviri adından açılan Michael Waltz adlı hesabdan Signal şifrəli mesajlaşma tətbiqinə dəvət alıb. Qrup söhbətində ABŞ-nin planlaşdırdığı hərbi zərbələrin detalları müzakirə edilib və Avropanın ABŞ-ın əsas ticarət yollarını qorumaq üçün maliyyə töhfəsi verib-verməyəcəyi sual altına qoyulub.

 

Qoldberq söhbət zamanı VP JD Vance olduğu iddia edilən hesabın "Mən sadəcə Avropanı yenidən xilas etməkdən nifrət edirəm" mesajını paylaşdığını bildirib. Müdafiə naziri Pete Hegseth, planlaşdırılan hərbi zərbələrin təfərrüatlarını qrupda paylaşdığı iddialarını rədd edərək, "Heç kim müharibə planları ilə bağlı mesaj göndərməyib",- deyib.

 

Məsələ ilə bağlı danışan ABŞ Prezidenti Donald Tramp isə bu qrup söhbəti barədə heç nə bilmədiyini söyləyib. BBC müxbiri Anthony Zurcher isə bu hadisəni Tramp administrasiyasının milli təhlükəsizlik komandası üçün "heyrətamiz uğursuzluq" adlandırıb.

 

Bu hadisə ABŞ hökumətinin məxfi məlumatların idarə olunması ilə bağlı ciddi suallar doğurur.

 

BBC NEWS

Gülhüseynova Güllər