Beşiktaşdan son dəqiqə xarici hakim paylaşımı-"Siz gətirmədiniz, biz gətirdik!"

Tarix: 21:58 29.03.2025
Beşiktaş, Qalatasaray derbisi üçün xarici hakim tələbinin qəbul olunmamasının ardından dünyaca məşhur isveçrəli keçmiş hakim Urs Mayeri Tüpraş Stadionuna gətirdi. Ağ-qara klub, Urs Mayerin stadiondan fotosunu paylaşaraq, "Siz gətirmədiniz, biz gətirdik!" ifadəsini işlətdi.
Beşiktaş, Qalatasaray derbisi üçün Türkiyə Futbol Federasiyasına (TFF) xarici hakim təyin edilməsi ilə bağlı müraciət edib. Lakin bu tələb TFF qəbul etmədi və qarşılaşmaya Yasin Kol təyin olundu.
Bunun üzərinə Beşiktaş rəhbərliyi derbidəki mübahisəli epizodları dəyərləndirməsi üçün isveçrəli keçmiş hakim Urs Mayeri İstanbula dəvət etdi. Ağ-qara klub Mayerin Tüpraş Stadionundakı şəklini paylaşaraq, "Siz gətirmədiniz, biz gətirdik! Dünyaca məşhur keçmiş hakim Urs Mayer Tüpraş Stadionunda. Urs Mayer, derbinin kritik epizodlarını analiz edəcək və anlıq olaraq buradan paylaşacağıq. O, oyundan sonra Beşiktaşın YouTube kanalında da şərhləri ilə sizlərlə olacaq" sözlərini qeyd etdi.
Mənbə: NTV spor
Nərgiz Orucova