Beynəlxalq konfrans çərçivəsində Aysel Azizdən -Ustad Dərsi

Bölmə: MEDİA › , MEDİA › Media-Yubiley › ,
Tarix: 14:37 15.05.2025

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində keçirilən “Rəqəmsal Dövrdə Media və Kommunikasiya Fəaliyyəti” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində İstanbul Yeni Yüzyıl Universitetinin professoru, tanınmış media mütəxəssisi Aysel Aziz ustad dərsi ilə çıxış etdi.

 

"İnformator.az"xəbər verir ki, Tədbir Azərbaycan Milli Mətbuatı auditoriyasında baş tutdu. Ustad dərsində fakültənin müəllim heyəti və digər qonaqlar iştirak etdilər. Aysel Aziz çıxışı zamanı rəqəmsallaşmanın media sahəsində yaratdığı yeniliklərə toxunub, xüsusilə də süni intellekt texnologiyalarının jurnalistikaya təsiri barədə ətraflı məlumat verdi.

 

Professor qeyd etdi ki, süni intellekt sadəcə bir texnoloji yenilik deyil, həm də jurnalistlərin gündəlik fəaliyyətinə, informasiya toplanması, emalı və təqdim olunması mərhələlərinə təsir edən fundamental bir dəyişiklikdir.

 

Aysel Aziz konkret nümunələr üzərindən yeni media texnologiyalarının tətbiqini izah etdi.


Tədbirin sonunda Jurnalistika fakültəsinin rəhbərliyi Aysel Azizə elmi bilik və təcrübəsini paylaşdığı üçün təşəkkür edildi, gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyini vurğulandı.


Vüqar Alışov