Tramp: "Mən Putinlə görüşənə qədər Ukraynadakı münaqişə bitməyəcək"

Tarix: 16:35 15.05.2025
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllində irəliləyişin onun Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilib-bilməyəcəyindən asılı olduğunu bildirib.
“İnformator.az” xəbər verir ki, bu barədə TASS məlumat verib.
"Biz Putinlə görüşənə qədər heç nə baş verməyəcək", - o, Qətərdən BƏƏ-yə uçan prezident təyyarəsində jurnalistlərə bildirib.