Hakan Fidan: Türkiyə Avropa təhlükəsizliyində rol oynamağa davam edəcək

Tarix: 15:40 15.05.2025
“Avropanın təhlükəsizliyi NATO-dan ayrı düşünülə bilməz”.
"İnformator.az" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir bildirib ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir:
“Bu çərçivədə Türkiyə Avropa təhlükəsizliyində rol oynamağa davam edəcək. Belə dövrdə gözləntimiz təhlükəsizlik sahəsində bütün addımların gərəksiz ayrı seçkiliyə yol vermədən atılmasıdır".