"Uduzacaq" deyən Sergen Yalçından derbi öncəsi hər kəsin danışdığı kəhanət

Tarix: 22:07 29.03.2025
Beşiktaş–Qalatasaray oyunu öncəsi Sergen Yalçın qarşılaşma ilə bağlı dəyərləndirmələr edib. O, çempionatda məğlubiyyətsiz irəliləyən Qalatasaray haqqında diqqətçəkən iddia irəli sürüb.
"Görəsən, gözlənilməz bir xal itkisi olacaqmı? Hazırda biz bu ehtimalı heç müzakirə etmirik. Qalatasaray nə edəcək, 5 oyun uduzacaq? 29 turda heç məğlub olmayan bir komanda qalan 9 turda neçə oyun uduzacaq? Sual budur, çox sadə bir sual. Mən xal itirəcək dedikdən sonra artıq 4 və ya 6 xal itirdi. Qalatasaray mövsümün sonuna qədər hər oyunu qazanaraq gedə bilməyəcək. Bu baş verməyəcək. Ən azı 1-2 oyunda daha xal itirəcək".
Sergen Yalçının bu açıqlamaları futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Derbi öncəsi bu proqnozun nə dərəcədə doğru çıxacağı isə maraq doğurur.
Mənbə: NTV spor
Nərgiz Orucova