"Qalatasaray" UEFA-nın Ən Çox Gəlir Əldə Edən Türkiyə Komandası Olub

Bölmə: İdman › ,
Tarix: 19:35 04.04.2025

UEFA 2023-2024-cü il mövsümünün maliyyə hesabatlarını açıqlayıb. Ötən mövsüm Çempionlar Liqasında, daha sonra isə UEFA Avropa Liqasında mübarizə aparan "Qalatasaray" ən çox gəlir əldə edən Türkiyə komandası olub. Avropa futbolunun rəhbər orqanı olan UEFA-nın Belqradda 49-cu konqresi keçirilib.

 

Qurultaydan sonra maliyyə hesabatları da açıqlanıb. Buna uyğun olaraq 2023-2024 mövsümündə UEFA təşkilatlarından ən çox pul qazanan Türkiyə komandası “Qalatasaray” olub.

 

"Sarı-qırmızılar" UEFA Çempionlar Liqasının qruplarında "Bavariya" və "Kopenhagen"dən sonra 3-cü yerdə qərarlaşaraq, xəzinələrinə ümumilikdə 31 milyon 85 min avro qoyub.

 

Daha sonra mübarizə apardığı UEFA Avropa Liqasından 1 milyon 276 min avro gəlir əldə edib. Ümumilikdə 32 milyon 361 min avro qazanan "Qalatasaray" UEFA təşkilatlarından ən çox gəlir əldə edən Türkiyə komandası olub.

 

UEFA Konfrans Liqasında 1/4 finalda oynayan Fənərbaxça 9 milyon 34 min avro; UEFA Konfrans Liqası qrupunda 3-cü olan "Beşiktaş" 5 milyon 187 min avro gəlir əldə edib.

 

TRT SPOR 

Gülhüseynova Güllər