Ən çox hansı ayda əlimizi cibimizə atırıq?-SORĞU

Tarix: 09:02 07.04.2025
İqtisadçılar insanların pul xərcləmə vərdişlərini izlədikdə, ilin müəyyən dövrlərində xərclərin artdığını müşahidə edirlər. Tədqiqatlara görə isə insanların xüsusilə il sonu və bayram dövrlərində, insanların gündəlik tələbləri və hədiyyə alışı ilə bağlı xərcləri əhəmiyyətli dərəcədə artır. Bəs görəsən, hansı aylarda insanlar daha çox pul xərcləyir?
Vətəndaşlar arasında keçirdiyimiz sorğu sualın cavabını tapmağa kömək edir.
"İnformator.az" sakinlərin bu barədə fikirlərini öyrənib:
Sumqayıt şəhər sakini Jalə Əhmədzadə bildirir ki, onun xərclədiyi pulun miqdarı standartdır: "Hər ay demək olar eyni olur. Sadəcə xərclədiyim predmetlər fərqlənir. Məsələn, dekabr ayında yeni il şənliyinə pul ayırıram öz qazancımdan, başqa bir ay eyni pul paltar, dərs kitabı və s. gedir. Yaxud da dostumun ad günü olan ay onun üçün pul ayırıram, başqa bir ay isə o pulu başqa predmetə xərcləyirəm. Yəni xərclənən pul eyni qalır, hal-hazırkı qazancım kənara çox pul atmağa imkan vermir".
Bakı şəhər sakini Çingiz Əmrahov qeyd edib ki daha çox ictimai nəqliyyata xərci çıxır:
"Daha çox may və sentyabr aylarında pul xərcləyirəm. Çünki, mövsümlə əlaqədar olaraq yaz və payız ayında geyimə çox xərcim çıxır. Digər aylarda isə, gündəlik ictimai nəqliyyata xərcim olur, amma geyimə etdiyim xərc daha çox olur".
Ağdaş şəhər sakini Təhminə Abdurrəhimova bildirib ki, son aylarda xərci daha çox çıxır:
"Mən ən çox indi aprel may aylarında xərcləyəcəm. Məlum toylar başlıyıb, məzuniyyət ilə bağlı xərclər, magistr qeydiyyat və kurs xərcləri…."
Niyaz Hacıyev