Çin mediası Zelenskinin siyasi gələcəyi ilə bağlı hansı proqnozu verir?

Bölmə: Siyasət › ,
Tarix: 20:14 07.04.2025

Çinin “Tencent” nəşri yazır ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi karyerası Səddam Hüseyn və Müəmmər Qəddafinin taleyini yaşaya bilər. Əgər o, ölkədə vəziyyəti sabitləşdirməsə və beynəlxalq etimadı bərpa etməsə, siyasi həyatı sona çata bilər.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa "informator.az"a açıqlamasında bildirib ki, Çin "Tencent" nəşri Ukrayna prezidenti Zeleniskinin gələcəyni Səddam Hüseyn və Müəmmər Qəddafinin siyasəti ilə müqayisə edib:

 

"Nəşrin qənaətinə əsasən əgər ölkədə vəziyyət sabitləşməsə və beynəlxalq sülh bərpa olunmasa, Zeleniskinin siyasi talehi sona çata bilir. Ümumiyyətlə, dünya ictimaiyyəti, xalqın dəstəyi və ordunun sədaqətinin onu gələcəyini müəyyən etməsini bildirir. Öncəliklə Zeleniskini Müəmmar və Səddam Hüseyn ilə müqayisə eləmək, yanlışdır. Ona görə ki, onların hər ikisi avtotitar hakimlər idi. Onları xalq seçməyib. Onların hər ikisi hərbi çevrilişlə hakimiyyətə gəlib və uzun illər dünya ictimaiyyətinə meydan oxudular və dünyanın aparıcı dövlətləri ilə mübarizə apardılar və sonradan bağlı olduqları SSRİ dağıldı, arxasız qaldılar. Düzdür, hər ikisinə xarici ekspansiya təsiri oldu ki, təsir etdi onların hakimiyyətinin devrilməsində ABŞ-nin və digər Qərb ölkələri əsas rol oldu. Bu baxımdan bəli, bu gün Rusiya da Ukraynaya hücm edib, işğal etmək istəyir. Rusiyanın məqsədi əlbəttə, yalnız Zeleniskinin hakimiyyətin devirmək deyil. Rusiyanın məqsədi ümumiyyətlə Ukraynanı işğal etməkdir. Ona görə də vəziyyət bir qədər fərqlidir. Əgər birincidə məqsəd Səddam və Müəmmar rejimlərini yıxmaq idisə, indi Ukraynada vəziyyət ölkəni işğal etməkdir. Ona görə də ölkə, xalq, ordu Zeleniskini müdafiə edir, çünki Zeleniski də əslində onların dediyini edir. Ölkəsini işğaldan qoruyur. Bu baxımdan onun mövqeyi ilə Ukrayna xalqının və ordusunun mövqeyləri üst-üstə düşür. Başqa bir məqama gəlsək onun siyasi karyerasının sonlanması ilə bağlı, burada beynəlxalq etimaddan söhbət gedir və ölkədəki vəziyyətin sabitləşməsi şərt olaraq irəli sürülür. Əlbəttə, bu müəyyən qədər Zelenskidən aslıdır. Lakin hərtərəfli deyil, çünki burada vəziyyəti ab-havanı müəyyənləşdirən işğalçı Rusiya tərəfi də var. Rusiya da nəyin bahasına olursa olsun, özünün keçmiş müstəmləkəsini asılı vəziyyətə salmaq istəyir. Öz siyasi rejimini qurmaq istəyir. Burada da əlbəttə, Zeleniskinin iki yolu var ya mübarizə aparmalıdır, ya da ondan aslı vəziyyətə düşməlidir. İkinci seçim onun həm karyerasının bitməsi deməkdir, həm də dünyada və ölkənin içərsində olan nüfuzunu itirməsi deməkdir. Yəni Zeleniski heç bir zaman işğala boyun əyməyəcəkdir. Ona görə də bu məsələdə də vəziyyət bir qədər fərqlidir".

 

O həmçinin açıqlamasında bildirib ki, beynəlxalq etimada gəldikdə dünyanın əhəmiyyətli bir hissəsi bu gün Ukraynanı və Zelenskini dəstəkləyir:

 

"Rusiya isə son vaxtlar Trampın bəzi gedişlərini nəzərə almasa, demək olar ki, dünya da ümumiyyətlə Rusiya dövlətçiliyinin mövcud olduğu zaman kəsiyində ən ciddi təcridlə üz-üzədir. Çünki bu gün dünya birliyi Ukraynanı deyil, Rusiyanı qınayır. Zeleniskidən deyil, Putindən tələb edir ki, o işğaldan əl çəksin və suveren bir dövlətin daxili işlərinə qarşımasın. Yəni burada da vəziyyət bir qədər fərqlidir. Əslində Çin nəşrinin mövqeyinin sanki qərəzli və obyektiv olmadığı məqamlar ortaya çıxır. Ümumiyyətlə, Zelenski nə etməlidir sualına gəldikdə isə, Zeleniski dövlətini ölkəsini qoruyur. Düzdür, onun hakimiyyəti ilə bağlı mübahisələr var. Bu da onunla bağlıdır ki, onun səlahiyyət müddəti 2024-cü ilin may ayında başa çatıb. Lakin Ukraynanın konstitusiyasında və qanunvericliyinə görə müharibə şəraitində seçkilərin keçirilməsi məqsədə uyğun sayılmır və bunun üçün də onun səlahiyyət müddəti uzadılıb. Yəni bütün hallarda onun yenidən seçilə bilməsi və yaxud da onun legitim hakimiyyətinin bərpa olunması üçün savaşın dayanması vacib deyil. Savaşı başladan da davam etdirən də Rusiyadır. Yəni burada Zelenski yalnız bunu edə bilər ona həvalə olunan səlahiyyəti doğru-düzgün icra etsin. O da onsuz da bunu edir. Yəni onun vəzifəsi dövlətçiliyini qorumaqdır. O da bu vəzifəni yerini yetirir. Lakin ola bilsin ki, hansısa məqamlarda fərqli nələrsə etməlidir. Ümumiyyətlə işğalçını deyil, işğal olunanı qınamaq hər vəziyyətdə onu günahkar etmək özü də qərəzli və qeyri-obyektiv yanaşmadır. Yəni Zelenskinin burada heç bir günahı yoxdur. Onun vəzifəsi ölkəsini işğaldan qorumaqdır o da bunu edir".

 

Ayşən Səlimova