Kenan Yıldız duelində qalib müəyyənləşməyib

Bölmə: İdman › ,
Tarix: 21:41 07.04.2025

İtaliya Birinci Futbol Liqasının (Seriya A) 31-ci həftəsində “Juventus” səfərdə “Roma” ilə 1:1 hesablı heç-heçə edib.

 

"Roma" 49-cu dəqiqədə Eldor Şomurodovun vurduğu qolla hesabı bərabərləşdirib. Qalan vaxtda başqa qol vurulmayıb və görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. "Juventus”un milli futbolçusu Kenan Yıldız ilk 11-də başladığı matçda 90 dəqiqə meydanda olub. Romada ilk 11-də başlayan milli futbolçu Zeki Çelik 72-ci dəqiqədə fasilədə “Galatasaray”dan transfer edilən Viktor Nelssonla əvəzlənib. Bu nəticə ilə "Juventus" xallarını 56-ya, "Roma" isə 53-ə yüksəldib.

 

Mənbə: CNN Türk
Çimnaz Telmanqızı