Türkiyədə sağ-sol münaqişəsi -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 10:46 08.04.2025

Baharın gəlişi Türkiyə milləti həmçinin ölkə üçün heç də ürəkaçan olmadı. 19 mart 2025-ci ildə qığılcımları görünən etirazlar bu gün geniş miqyaslı şəkildə alovlanmağa davam etməkdədir.

Etiraz İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun rüşvət, çirkli pulların yuyulması, terror qrupları ilə əməkdaşlıq kimi ittihamların irəli sürülməsi nəticəsində həbs olunması ilə başlayıb. Elə həmin gündə keçirilən əməliyyatlar zamanı İmamoğlu ilə yanaşı onun müşaviri Murat Ongun və bəzi bələdiyyə sədrləri üçün də həbs qərarı verilmiş, jurnalist və biznesmenlər də daxil olmaqla 100-ə yaxın şəxs saxlanılmışdır. Ə.İmamoğlu təxminən səhər saat 7 radələrində "Böyük bir zülmlə qarşı qarşıyayıq ancaq bilməyinizi istəyirəm ki, boyun əyməyəcəyəm. Özümü xalqıma əmanət edirəm"- deyərək "X" platforması üzərindən paylaşım edərək günə başlayıb. İmamoğlunun bu paylaşımı onun tərəfdarlarının etiraz aksiyalarına başlaması üçün zəmin yaratdı. Bundan sonra tərəfdarlar arasında münaqişə qaçınılmaz idi…
  İlk dalğalar İstanbulda olsa da qısa müddət ərzində Ankara, İzmir, Adana və Trabzon kimi böyük şəhərlərdə də baş verib. Həmçinin etirazçılar Saraçhane, Beşiktaş, Kadıköy və Şişli kimi rayonlarda da cəmlənib. AKP( Ədalət və İnkişaf Partiyası) və CHP (Cümhuriyyət Xalq Partiyası) tərəfdarları arasında gedən münaqişəni  “vətəndaş müharibəsi” adlandırsa yanılmarıq.
  Şübhəsiz, siyasi sferada baş verən problemlər yerli xalqdan da yan keçmir, hər hansı bir növdə təsir edir. Nəinki yerli xalq hətta dünya dövlətləri və ictimaiyyət üçün də maraq dairəsindədir. Elə bunun bariz nümunəsi "Pikaçu" dur. Etirazçılardan biri fərqlənmək üçün Pikaçu geyimində meydana daxil olur və polislərin arxasına düşməsini əldə edir. Qısa müddət ərzində dünya mediasında həmin obrazla bağlı xəbərlər, şərhlər yazılmağa başladı. Minlərlər etirazçı varkən niyə məhz o?! Sualın cavabı isə çox bəsitdir: Qlobal mediada gündəm olmaq üçün fərqlilik əsas nüanslardandır. Bu hadisə cəmiyyəti siyasətdən bir neçə günlük də olsa uzaqlaşdırdı. Pikachu ilə yanaşı etiraz vaxtı gündəm olan başqa hadisələr də var: Gənc oğlanın polislərin qarşısında sevgilisinə evlilik təklifi etməyi, yaşlı kişinin etirazçı gənclərə su paylamağı və s.
  Əvvəldə də qeyd etdiyim kimi, yaşanan bu gərginlik cəmiyyətin bütün sahələrində görünür. Bəzi mağaza və markalara edilən boykotlar özünü qida sənayesində də göstərdi. Artıq etirazçılar nəinki  əksər məhsulları boykot edir, həm də marketdən belə alış-veriş etmirlər. Nümunə olaraq 2 apel "ərzaq almama" aksiyalarını göstərə bilərik.
  Boykota qoşulan məşhurlar da az deyil. Ancaq bu etiraz onlar üçün heç də doğru qərar olmadı. Bir gündə rol aldıqları serialdan uzaqlaşdırılan aktyor və aktrisalar kütləvi dəstək görsələr də kariyera həyatlarında böyük uğursuzluq yaşadılar.
  Bu gün də davam edən böhtanla bağlı siyasi şərhçi Əziz Əliyevə suallar ünvanlayaraq müzakirə etdik.

   -Sosial mediada məhdudiyyətlər və həbslər ( serial sahəsində də var) Türkiyəsə demokratiyanın gələcəyi üçün nə deməkdir?

-Belə bir yanaşmağa tətbiq etməliyik. Sosial mediada hansı informasiyalar yayıla bilər, hansı informasiyalar yayıla bilməz? Bunun üçün də dövlətin kritik informasiyayla bağlı qanunvericiliyi var. Məncə Türkiyədən də bu mövzu ilə bağlı müxtəlif formada sosial media haqqında qanun da var. Burada sosial mediadakı kontentlərin əhatə dairəsində nəzarət mexanizmi qanunvericilikdən təsbit olunur. Əgər biz onu demokratiyaya üz-üzə qoysaq və söz azadlıq kontekstində yanaşsaq, o zaman sosial mediada səsləndirilən fikirlər belə  dövlətin milli təhlükəsini hədəf altına alır. Məsələn, belə deyək, sosial mediada ticarət alveri və ya şəxsin hədəf göstərilməsi. Bu özü özlüyündə iqtisadi və siyasi sabitliyi, dövlətin iqtisadi və siyasi sabitliyini  dağıdır. Onun təhlükəsizlik çətirini dağıdır. Nəticədə sosial media üzərində məhdudiyyətlər məsələsi ön plana çıxır.  Sosial media üzərindən də sosial media bloqqerlərinin fəaliyyətində var və bütün ölkələrdə fikirlərə qarşı dövlət və onun qurumları liberal münasibətdə deyil.  Fransaya gələndə, Amerikaya gələndə burada demokratiya məsələsi üzə çıxmır, amma məsələ ki, Türkiyə kimi ölkələrə gələndə dərhal onu qəsd etməyə çalışırlar ki, bəs sən demokratiyanın əleyhinəsən.. Məncə burada önəmli məsələ  milli təhlükəsidir məsələsidir. Ona görə də, ölkə demokratiyası üçün gələcək nə olacaq? Bu, indiki iqtidarın vizyonundan asılıdır.


-Müxalifətin ( CHP'nı nəzərdə tuturam) hakimiyyətə gəlməsi üçün hansı maneələr var?


-Müxalifətin hakimiyyətə gəlməsi üçün onun ideoloji bazası dəyişməlidir. Cümhuriyyət Xalq Partiyası  əsasən cəmiyyətin sol təmayüllü kəsimini təmsil edir. Lakin uzun illər boyunca CHP etnik azlıqlara, sağ təmayüllü seçicilərə, millətçilərə, dindarlara və mərkəzçi-liberalçılara müraciət edə bilmədi. Partiya daha çox sol demokratiya və radikal sol ideologiya üzərində inkişaf edirdi ki, bu da cəmiyyətin çox kiçik bir hissəsini əhatə edirdi.

Məsələn, son 30 ildə keçirilən seçkilərdə CHP-nin aldığı səs faizi daim sabit qalıb. CHP ümumilikdə ölkə seçicilərinin cəmi 20-25%-nin səsini qazana bilib. Bu isə onu göstərir ki, CHP-nin hazırkı ideoloji xətti ona təkbaşına hakimiyyətə gəlmək üçün kifayət etmir.


Bundan əlavə, CHP liderləri cəmiyyətin daha geniş kəsimlərinə xitab etməlidirlər. CHP-nin son dövrlərdə artan reytinqinin arxasında isə əsasən iqtisadi səbəblər dayanır. AKP hökumətinin lirəni(Türkiyədə pul vahidi) idarə edə bilməməsi, yüksək inflyasiya və iqtisadi böhran müxalifətə əlavə səs qazandırır. Lakin burada vacib bir nüans var: bu səslər CHP-nin ideoloji olaraq qazandığı səslər deyil, iqtisadi narazılıq səbəbilə AKP-dən uzaqlaşan seçicilərin səsidir.




  -Türkiyədəki bu böhran regionun geosiyasətinə necə təsir edir?


-Türkiyədə baş verən böhran yalnız ölkə daxilində deyil, bütün regiona ciddi təsir göstərir. Çünki Türkiyə Afrika, Asiya və Avropa arasında strateji bir körpü rolunu oynayır. Bu coğrafi mövqe ona nəqliyyat, logistika və enerji sahələrində əhəmiyyətli ötürücü funksiyalar qazandırır.

Bundan əlavə, Türkiyənin miqrasiya siyasəti və regional təhlükəsizlik məsələlərindəki rolu da olduqca vacibdir. Türkiyə Yaxın Şərqdəki vətəndaş müharibələri və siyasi qarışıqlıqlar zamanı milyonlarla qaçqına ev sahibliyi edib. Əgər ölkədə siyasi qeyri-sabitlik artarsa, bu, Avropaya yeni qaçqın dalğasının yaranmasına səbəb ola bilər.

Beləliklə, Türkiyədəki böhran yalnız daxili problem deyil, eyni zamanda qlobal iqtisadi və siyasi tarazlığa təsir edən mühüm amildir.

 

Hamar Quluzadə