Husilərə təzyiq artır-Quru əməliyyatı üçün regional hərəkətlilik

Bölmə: Siyasət › ,
Tarix: 17:33 08.04.2025

Yəməndəki husi üsyançılarının düşmənləri Səudiyyə Ərəbistanı və ABŞ-dən dəstək ala biləcək quru hərbi əməliyyatı hazırlayır.

 

Mövzu ilə bağlı “informator.az”a politoloq Xəyal Bəşirov bildirir ki, məlum olduğu kimi yaxın şərqdə bir sıra istiqamətlərdə çox ciddi proseslər baş verir:

 

“Uzun müddətdir ki, Yəməndə İranın dəstəklədiyi qüvvələrdən olan Hüsi üsyançılarına qarşı əməliyyat hazırlanır. Əslində bu 7 oktyabr 2023-cü ildə Həmasın İsrailə hücum etməsindən sonra burada baş verən proseslər və ya digər formada iştirak edən hüsilərə qarşı bu prosesi reallaşdırırdı. Amma hazırki mərhələdə İranın həmin regionda zəifləməsi, Suriyada bəşər-əsəd rejiminin devrilməsi, İranın bir-başa həmin proksi qüvvələrə dəstəyinin azalması və eyni zamanda İrana qarşı ABŞ və İsrailin birbaşa hücumların ediləcəyi ilə bağlı fikirlərin intensivləşdiyi bir zamanda İran həmin o qüvvələrdən qabaq özünü qorumağa çalışır. Təbii ki, belə hücum olacaqsa, o halda nə Hizbullaha, nə Həmasa, nə də Hüsilərə dəstək göstərmək imkanlar olmayacaq. Əksinə İran öz ərazisini qorumaq üçün əlindən gələni etməlidir. Bu vəziyyətdən istifadə etmək istəyən ABŞ və onun regiondakı müttəfiqləri Hüsi problemini həll etməyə çalışırlar. Amma bu heç də o demək deyil ki, Yaxın Şərqin hazırki problemi yalnız hüsilərdir. Burada başqa qüvvələrdə mövcuddur və nəzərə almaq lazımdır ki, Suriyada hazırki vəziyyətdə ən mürəkkəb problemdir”.

 

Həmçinin politoloq öz şərhində söyləyir ki, hazırki mərhələdə regionda proseslərə ciddi şəkildə təsir göstərmək imkanında olan birinci qüvvə ABŞ-dir:



“Mən düşünürəm ki, proseslərin bu mərhələyə gəldiyi zamanda bəzi problemlərin kökündən həll olunması ilə bağlı addımlar da atılacaq. Hazırki mərhələdə bu hüsilərə qarşı olacaq. Hüsilərin indiki vəziyyətdə nəinki hücum heç müdafiə imkanları belə yoxdur. Olsa belə çox zəifdir. Hüsilərə öz dəstəyini göstərən İranın da hazırki vəziyyətdə yardımını göstərə bilməməsi hüsi probleminin mövcudluqları dönəmində həlli üçün ən münbit şəraitin yaranmasına gətirib çıxarıb. Bu baxımdan hüsilərin aradan qaldırılması regionda problemlərin həllinə gətirib çıxaracağını düşünürəm”.

 

Aysel Mirzəyeva